İnnovasiyanın İqtisadiyyat üzərindəki təsiri

İnnovasiya məna olaraq baxdıqda yenilik, yenilikçilik və yeni fikirlər kimi mənalara gəlməkdədir. Bəs innovasiyanın iqtisadiyyat üzərində nə kimi təsirləri ola bilər?

Əslində innovasiyanın daha çox iqtisadiyyatın ən vacib faktoru olan insan üzərində təsiri vardır. İqtisadiyyatın əsas amili insandır və istehlakçıdır. Yəni tələbatın meydana gəlməsidir. Buna görə tələbatı inkişaf etdirmək və yeni tələbat nöqtələri yaratmaq üçün əvvəlcə insana sərmayə yatırmaq, sonra isə son istehlakçıya qəbul etdirmək lazımdır. Davamlı istehlak edən bir varlıq olan insanın istehlakına yeniliklər qazandırmaq vasitəsilə ümumi istehlak tələbini aktiv saxlamaq olar. Bəs bunu necə təmin etmək lazımdır? Ən sıxıntılı dönəmlərimizdən biri olan Böhran dövründə innovasiya necə olur və iqtisadiyyata necə inteqrasiya olunmalıdır?

İş adamları üçün iki fərqli nöqtədə innovasiyaya ehtiyac vardır. Bunlardan biri istehsalatı birlikdə etdikləri istehsal ortaqlarıdır. Yanlış anlaşılmasın, sərmayə ortaqları deyil, istehsal ortaqları, yəni işçi heyəti. Birlikdə yolda getdiyimiz işçiləri bu çətin vaxtda psixoloji innovasiyalarla həmişə dəstəkləmək lazımdır. Çünki, işadamı, dalğalı bir dənizdə onlarla birlikdə eyni gəmidə səyahət edən kapitan mövqeyindədir. Heyəti nə qədər güclü olarsa o qədər səyahətin çətinliyi asanlaşar. Bu səbəblə əlində olan imkanlarla işçini məmnun etməli və istehsala daha yaxşı iştirak təmin etməlidir. İkincisi isə tələbatı əmələ gətirmək üçün çalışanlarla birlikdə fərqli məhsul və xidmət çeşidləri düşünməlidir ki, tələbatı istehsal ilə birləşdirib ticari ömrünü davam etdirə bilsin. Unutmaq lazım deyil ki, heç bir böhran dövründə tələbat sıfır ola bilməz, xüsusilə, böhran zamanı insanlar xidmət sektorunda ciddi bir tələbat meydana gətirir. Səbəbi insanların sıxıntıları unudub, az da olsa özünü xoşbəxt hiss etmək istəməsidir.

Bu müddətdə şirkətlər yaşamaq üçün lazımsız qənaət tədbirlərindənsə öz işçi heyətinə həvəs vermələrinin böyuk bir güc mənbəyinə çevriləcəyinə inanıram. Unutmaq olmaz ki, ehtiyac istehsalçının istehlakçını inandırdığı qədərdir. Bir istehlakçı istehsalçının ona təqdim etdiyi informasiya daxilində ehtiyacını məhdudlaşdırır. Bu səbəblə ağıllı istehsalçı istehlakçısını yaxşı tanıyan və ona ehtiyaclarını xatırladıb bunu davamlı təqdim etməyi bacara biləndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir