2181.821 AZN 1.6102 AZN 1.7936 AZN 52.42 USD
Kim bütün gün işləyirsə, onun pul qazanmağa vaxtı olmaz.
(Con D. Rokfeller)
22.01.2017
GBP 2.881 | USD 1.6102 | CHF 1.5014 | SEK 0.1793 | NOK 0.1785 | DKK 0.2234 | CAD 1.1367 | JPY null | AUD 1.0729 | EUR 1.7936 | RUR 0.025 | TRL 0.54382 | Xam Neft 52.42 | Təbii Qaz 3.20 | Benzin 1.57 | Mazut 1.65 | Qızıl 1204.30 | Gümüş 17.00 | Mis 2.62 |

Saytımız yeniləndi

Yeni versiya üçün

Klik edin...


Azərbaycanda pul bazası azalıb


  • Tarix : 21/04/2015 06:04 | Baxış sayı: 281455

2015-ci il martın 1-nə olan vəziyyətə görə Azərbaycanda genişləndirilmiş pul bazası 9 736,1 milyon manat təşkil edib ki, bu da əvvəki aylarla müqayisədə 9,5 faiz azdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-fevral aylarının yekunları üzrə hesabatında deyilir.

İllik hesabatda ölkədə pul bazası 13,4 faiz azalıb. Müqayisə üçün: 2014-cü il fevralın yekunları üzrə bu göstərici 11 244,6 milyon manat olub.

AMB-nin məlumatına əsasən, 2015-ci il martın 1-nə manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.

Hesabat dövründə tədavüldəki pul həcmi 8 701,1 milyon manat təşkil edib, hərçənd bu rəqəm yanvarda 10 145,3 milyon manat, 2014-cü il martın 1-nə isə 10 617,8 milyon manat olub.

2015-ci ilin fevralında tədavüldəki pul kütləsinin pul bazasına nisbəti əvvəlki aylarla müqayisədə 4,9 faiz, 2014-cü il martın 1-nə olan analoji göstərici üzrə isə 5 faiz azalaraq 89,4 faiz təşkil edib.

2015-ci ilin fevralında bank ehtiyatları 1 028,4 milyon manat olub ki, bu da yanvara nisbətən 70,12 faiz və 2014-cü ilin fevralı (617,7 milyon manat) ilə müqayisədə isə 66,5 faiz çoxdur.

Səsvermə

Ən böyük xərcləriniz hansılardır?

  • Qida məhsulları
  • Tibb
  • Nəqliyyat
  • Kommunal
  • Geyim
Arxiv Gozleyin
Facebook
Twitter