2181.821 AZN 1.6102 AZN 1.7936 AZN 52.42 USD
Kim bütün gün işləyirsə, onun pul qazanmağa vaxtı olmaz.
(Con D. Rokfeller)
22.01.2017
GBP 2.881 | USD 1.6102 | CHF 1.5014 | SEK 0.1793 | NOK 0.1785 | DKK 0.2234 | CAD 1.1367 | JPY null | AUD 1.0729 | EUR 1.7936 | RUR 0.025 | TRL 0.54382 | Xam Neft 52.42 | Təbii Qaz 3.20 | Benzin 1.57 | Mazut 1.65 | Qızıl 1204.30 | Gümüş 17.00 | Mis 2.62 |

Saytımız yeniləndi

Yeni versiya üçün

Klik edin...


Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı


  • Tarix : 23/04/2015 04:04 | Baxış sayı: 280386

Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam pəncərəsi çərçivəsində ipotekanın verilməsini müvəqqəti dayandırıb. Milli.Az xəbər verir ki, bunu Trend-ə ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə deyib.

Onun sözlərinə əsasən, bu qərar bazarda yaranmış vəziyyətlə bağlıdır. Fevralın 21-də baş vermiş manatın devalvasiyasından sonra banklar kreditlərin verilməsini azaltdılar, bəziləri isə onu tamamilə dayandırdılar.

B.Qurbanzadə qeyd edib ki, İslam bankçılıq pəncərəsi vasitəsilə ipotekanın maliyyələşdirilməsi ABB-nin startegiya və siyasətindən tam asılıdır: "Hazırda bu layihənin və onun imkanlarını yenidən qiymətləndiririk, buna görə də ipotekanın verilməsini müvəqqəti dayandırmışıq".

O, İslam pəncərəsi çərçivəsində ipotekanın maliyyələşdirilməsinin nə vaxt bərpa ediləcəyini açıqlamaqda çətinlik çəkərək vurğulayıb ki, bu, bank rəhbərliyinin qərarından asılıdır.

Səsvermə

Ən böyük xərcləriniz hansılardır?

  • Qida məhsulları
  • Tibb
  • Nəqliyyat
  • Kommunal
  • Geyim
Arxiv Gozleyin
Facebook
Twitter