2181.821 AZN 1.6102 AZN 1.7936 AZN 53.40 USD
Kim bütün gün işləyirsə, onun pul qazanmağa vaxtı olmaz.
(Con D. Rokfeller)
22.02.2017
GBP 2.881 | USD 1.6102 | CHF 1.5014 | SEK 0.1793 | NOK 0.1785 | DKK 0.2234 | CAD 1.1367 | JPY null | AUD 1.0729 | EUR 1.7936 | RUR 0.025 | TRL 0.54382 | Xam Neft 53.40 | Təbii Qaz 2.83 | Benzin 1.52 | Mazut 1.64 | Qızıl 1237.60 | Gümüş 18.02 | Mis 2.71 |

Saytımız yeniləndi

Yeni versiya üçün

Klik edin...


Mərkəzi Bank açıqlamalar verdi


  • Tarix : 24/04/2015 05:04 | Baxış sayı: 282808

Neftin qiyməti sabitləşərsə, Azərbaycan manatının ciddi devalvasiyasını gözləməyə dəyməz.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədr müavini Alim Quliyev Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə əsasən, AMB manatın məzənnəsini bundan sonra da tənzimləyəcək və göründüyü kimi bazarda müəyyən sabitlik müşahidə olunur.

A.Quliyev qeyd edib ki, AMB sərəncamında olan ehtiyatları manatın məzənnəsinin gələcəkdə sabitləşdirilməsi üçün istifadə etmək niyyətindədir.

Bundan başqa Azərbaycan Mərkəzi Bankı kreditlərin manatla verilməməsi ilə bağlı heç bir kommersiya bankına göstəriş verməyib.

A. Quliyevin sözlərinə görə, hal-hazırda devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedir. “Bu gün bankların resursları dollarladır. Devalvasiyadan sonra əhali banklarda manatda olan əmanətlərini dollara çevirir. Buna görə bankların resursları dollarladır. Banklar da öz risklərini minimuma endirmək üçün kreditləri dollarla təklif edirlər. Lakin bank-müştəri münasibətləri müqavilə ilə tənzimləndiyi üçün banklar müştəriləri dollarla kredit götürməyə məcbur edə bilməz”, - deyə sədr müavini bildirib.

O qeyd edib ki, dollarlaşma ilə əlaqədar Mərkəzi Bank müəyyən işlər görür. Belə ki, Mərkəzi Bank banklar üçün bir pəncərə açaraq bankların manata olan ehtiyacının təmin olunmasına çalışır. Bu isə kreditlərin manatla verilməsinə kömək məqsədi daşıyır.

 

Azərbaycan Mərkəzi Bankı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərəri özü ödəyəcək.

Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Republikası Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən 13.2-ci maddəyə əsasən, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

Qanunun 14.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.

 

Səsvermə

Ən böyük xərcləriniz hansılardır?

  • Qida məhsulları
  • Tibb
  • Nəqliyyat
  • Kommunal
  • Geyim
Arxiv Gozleyin
Facebook
Twitter